"Cizgi filmləri həftəsi" başladı

Bu gündən fevralın 15-dək Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Cizgi filmləri həftəsi" keçiriləcək. "Azadinform" xəbər verir ki, həftə ərzində Bakının 8 orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilmiş Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək. Azərbaycan və rus bölmələri üçün cizgi filmlərinin yer aldığı proqrama aşağıdakı ekran əsərləri daxildir:

1. Səmada şəkil

2. Siçan və pişik.

3. İt sərgisi

4. Xeyirxah kirpi

Cizgi filmləri Yasamal rayonu 18, Nəsimi rayonu 23, Xətai rayonu 27, Nərimanov rayonu 43, Xəzər rayonu 183, Səbail rayonu 189, Sabunçu rayonu 252 və Binəqədi rayonu 276 nömrəli məktəblərdə nümayiş etdiriləcək.

Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - "Cizgi filmləri bayramı" təşkil olunacaq. Uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək və yeni filmlər göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31