Məşhurlar “Qremmi”nin qaydalarına məhəl qoymadı

"Qremmi" mükafatının 55-ci təqdimat mərasimində bir çox məşhurlar "qayda"lara məhəl qoymadılar. Olayların Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhurlara göndərilən elektron məktubda onların açıq-saçıq, alt geyimləri ilə podiuma çıxmalarına qadağa qoyulduğu qeyd olunmuşdu. Lakin Kelli Rovland, Cennifer Lopes, Alisiya Keys, D'Manti, Kimbra kimi tanınmış simalar qurumun bu qaydalarına hörmətsiz yanaşaraq təqdimat mərasimində açıq-saçıq geyimlərdə görüntüləniblər.

Qeyd edək ki, bu gün təqdimatı olan mərasimdə 2012-ci ilin ən yaxşı mahnısı britaniyalı "Fan" qrupunun "We are young" ifası olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31