Ayazın yeni klipi İsraildə də yayımlanacaq

"Üç ildir ki, albom təqdimatına ara vermişəm. Martda işıq üzü görəcək yeni  albom üçün təxminən 35-40 min xərclənib". Bu sözləri Olaylara-a açıqlamasında müğənni Ayaz deyib. Albomunun adını hələ ki, sirr saxlayan müğənni  diskdə yer alacaq mahnıların əksəriyyətinin yeni olduğunu söyləyib.

Ayaz daha sonra israilli müğənni Hava Dolevlə oxuduqları, musiqisi Aygün Səmədzadəyə, sözləri Kəmalə Abıyevaya məxsus "Sevəcəksən gizlicə" mahnısına klip çəkdirəcəyini də deyib: "İsrail radiostansiyalarında səslənən yeni duetimiz böyük rəğbətlə qarşılandı. Deyilənə görə, bu ölkədə də məni çox sevirlər. Həmin mahnıya çəkiləcək klipim İsrail telekanallarında da yayımlanacaq". Konsert vermək üçün maddi vəsaitin olmadığını deyən ifaçı bu haqda belə danışıb: "Möhtəşəm formada konsert verməyi düşünürəm. Buna görə, bizəüçün təxminən yüz minə yaxın maddi vəsait lazımdı. Hazırlaşmalıyıq, maddi problemləri həll edə bilsək bu haqda düşünəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31