Arif Məlikovun mahnılarından ibarət konsert
1 Noyabr 2018 14:20 MədəniyyətHeydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, akademik Arif Məlikovun mahnılarından ibarət konsert proqramı təqdim olunub.
Konsertdə Arif Məlikovun "Azərbaycan", "Güllərim", "Dənizdə ay çiməndə", "Gözlərimin dünyası", "Gəl bizim dağlara", "İnandım", "Sən Əslisən, mən Kərəm", "Şirin qızım", "Qonaq gəl bizə", "Dənizə baxıram", "Günəş ürəkli" və digər unudulmaz mahnıları ifa olunub.
Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikov baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera-instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.
|
|
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31