Rusiyalı solistlər “Jizel” də iştirak edəcəklər

Noyabrın 17-də klassik balet sənəti həvəskarları milli Opera və Balet Teatrında Adolf Adanin "Jizel" baleti nümayiş olunacaq.

Balet truppamız bu dəfə də tamaşanı Rusiya Böyük Teatrının adlı-sanlı solistləri - Anna Nikulina (Jizel) və Ruslan Skvortsovun (qraf Albert) iştirakı ilə təqdim edəcəkdir. Hər iki solist balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibləri və Rusiyanın əməkdar artistləridir. Onlar Avropanın bir çox ölkələrində, habelə ABŞ və Yaponiyada uğurlu qastrol səfərlərində olmuşlar.

Tamaşada həmçinin balet truppamızın aparıcı solistlərindən Ayan Eyvazova Mirta və Timur Oduşev Hans rolunu ifa edəcəklər.

Tamaşanı Azərbaycan Respublikasının Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31