“Qətibə İnanc” yeni səhnə versiyasında

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi növbəti tamaşa - "Qətibə İnanc"ı tamaşaçılarına təqdim edib.

Olaylar.az bildirir ki, ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşada rolları Xalq artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa ediblər. Səhnə əsərində rəsmlərin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, musiqi tərtibatı isə Kamil İsmayılova məxsusdur.

Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov "Qılınc və qələm" əsərini tamaşaya hazırlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31