Teymur Əmrah solo konsertlə çıxış edəcək - “Bu dünya nərdivandır”
31 Oktyabr 2018 11:38 MədəniyyətGələn ilin yanvarın 13-də Heydər Əliyev Sarayında Azərbaycanın klassik estrada müğənnisi, Əməkdar artist Teymur Əmrahın solo konserti olacaq.
Olaylar.az bildirir ki, "Bu dünya nərdivandır" adlı konsert proqramında Teymur Əmrah repertuarında yer alan və musiqisevərlər tərəfindən tanınan, sevilən, populyarlıq qazanan mahnıları səsləndirəcək.
Uzun fasilədən sonra yenidən Heydər Əliyev Sarayında pərəstişkarları qarşısında çıxış edəcək müğənni konsertdə həmçinin, görkəmli bəstəkarlar Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimovanın unudulmaz əsərlərini, retro mahnıları ifa edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31