"Çox ölümdən danışıram, deyəsən köçəcəm" — Flora Kərimova
30 Oktyabr 2018 17:50 Mədəniyyət"Oğlum, nəvələrim Almaniyada, qızım İngiltərədədir. Çox kövrəlirəm. Qorxuram ki... Çox ölümdən danışıram, deyəsən köçəcəm. Onlara o qədər vəsiyyət etmişəm ki...".
Xalq artisti Flora Kərimova "Şou ATV" proqramının qonağı olub. Verilişdə xanım müğənni maraqlı açıqlamalar verib:
"Çox deyirlər, filankəs ölməzdən əvvəl hiss edirdi. Qorxmuram ölümdən. Son günlər ölümdən çox danışıram. Bu həyatda halallıq istəyəcəyim kimsə yoxdur. Bircə Allahdan bunu istəyə bilərəm. Bütün günü Allahımla danışıram, dava edirəm. O da deyir ki, çox fironluq edirsən, gələrsən yanıma.
Tək arzum qızım Zümrüdün övladını görməkdir. Flora nəvəm olsun arzulayıram"-deyə bildirərək həyatda ən böyük arzusundan danışıb.
F.Kərimova həyatının ən dəhşətli anından da danışıb:
"Həkim düzgün diaqnoz qoymamışdı. Hamilə idim, qızımın 1 yaşı var idi. Getdim həkimə, dedi ki, xərçəngsən. Uşağı şiş kimi qəbul edib. Nə günə düşdüm, 41 yaşım var idi onda. Həkimin qardaşı rəhmətə getdi, başqa ölkəyə getdi. Mən də digər həkimə getdim. Hamilə olduğumu dedilər, amma övladımı saxlaya bilmədim. Çünki həkim mənə yanlış dərmanlar yazmışdı, içirdim".
Ölkə.Az