Tünzalə Ağayeva “Novruz” haqda danışdı VIDEO
11 Fevral 2013 14:39 Mədəniyyət"Bir müddət bundan öncə "Novruz mahnısı" adlı bir layihəyə start vermişdik. Mənim facebook səhifəmə , həmçinin novruzmahnisi.com saytına daxil olan şəxslər bayramla əlaqədar ən gözəl ifadələri qeyd edirdilər. Nəhayət layihəni yekunlaşdıraraq bu sözlərdən yığılan mahnını təqdim etməyi qərara aldıq. Musiqisi mənə aid olan "Novruz" mahnısının sözlərini gözəl şairimiz İsmayıl Dadaşov həmin ifadələrin köməkliyi ilə fərqli formada təqdim edib. Artıq müxtəlif radiostansiyaların efirində bu mahnını dinləyə biləcərsiniz". Bu sözləri Olaylara-a açıqlamasında Əməkdar artist Tünzalə Ağayeva deyib.
"Novruz" adlı yeni mahnının məşhur firmalardan birinin reklam çarxında səslənəcəyini qeyd edən ifaçı sonrakı planları haqda da danışıb: "Bayramdan sonra sözləri Mələk Xəlilə, musiqisi mənə aid olan "Xoş gəldin gülüm" adlı yeni ifam təqdim olunacaq. Daha sonra isə Cənubi Azərbaycan mövzusunda yazılan, sözləri Rafiq Zəka Xəndama, musiqisi isə mənə aid "Arazam Kürə bəndəm" adlı mahnı işıq üzü görəcək".
Müğənni ötən il olduğu kimi bu il də caz konsertlərinin olacağını qeyd edib.