Xalq artisti Tofiq Quliyevin xatirəsi anılacaq

Muzey Mərkəzində unudulmaz bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Muzey Mərkəzində unudulmaz bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Bəstəkarın doğum günündə - noyabrın 7-də gerçəkləşəcək konsert proqramında Tofiq Quliyevin mahnıları, kino və tamaşalara yazdığı musiqilərdən parçalar səslənəcək. Konsert proqramının tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynovadır.

Konsertin solistləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, tenor Rüfət Piriyev və akademiyanın məzunu, soprano Güllübəyim Məmmədovadır. Konsertmeyster isə Qənirə Həsənovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31