Ən çox qazanan müğənni
11 Fevral 2013 19:41 MədəniyyətTürkiyənin məşhur sənətçisi Hadisə 2012-ci ilin ən çox qazanan pop müğənnisi adına layiq görülüb. Keçən il hər biri 35 min manatdan 120 konsert verən Hadisə cəmi 8 milyon 400 min manat qazanıb. "O Ses Türkiyə" proqramında münsiflər heyətinə üzv olduğu üçün həftədə 25 min manat qazanan sənətçinin bu sahədən illik qazancı 1 milyon 200 min manat olub. Proqramın reytinqi sayəsində gündəmdə olan Hadisəyə reklam təklifləri də ediblər. "Trendyol" və "Nestle" başda olmaqla 5 firmanın reklamlarında oynayan müğəninin bu sahədə qazancı isə 1,2 milyon manatdan çoxdur.
Nəzərinizə çatdıraq ki, geyimə, aksesuara, lüks yaşamağa üstüklük verməyən Hadisə sərmayələrini daşınmaz əmlaka çevirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31