“Arzularına sərbəstlik ver” - “Eurovision-2019”un devizi
29 Oktyabr 2018 18:58 MədəniyyətGələn il mayın 14-18-dək Təl-Əvivdə (İsrail) keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsinin devizi elan edilib.
Bu müsabiqənin devizi belə səslənir: "Dare to Dream" ("Arzularına sərbəstlik ver"). İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu "Eurovision-2018" müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.
Xatırladaq ki, "Eurovision-2019" müsabiqəsində Azərbaycanın da iştirak edəcəyi sentyabrın 18-də elan olunub.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31