Azərbaycanlı rejissorun filmi festivalda
29 Oktyabr 2018 15:33 MədəniyyətCəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş "Balaca" qısametrajlı bədii filmi Türkiyədə keçiriləcək 8-ci Malatya Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə dəvət alıb.
Olaylar.az bildirir ki, filmin ssenari müəllifi Ruslan Ağazadə, rejissorları Ruslan Ağazadə və Orxan Ağazadə, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31