Ac əsgərlər soyuqda neylər? - MƏTN

Aqil Abbas: “Sonuncu Post”

(povest)

Kulis.az Aqil Abbasın "Sonuncu post" povestini təqdim edir.
Povest çovğunda azuqələri qurtaran azərbaycanlı
hərbçilərin həyatla girdiyi amansız döyüşdən bəhs edir.
Zabitimizin erməni əsirlə münasibəti ən çətin şəraitdə belə insani
hisslərin ölmədiyini göstərən gözəl bədii sübutdur.

Qız görməmiş sinəsindən yaralanıb

səngərlərdə qalan  20  mindən artıq

şəhidimizin və Hinal  dağda

qırılan balalarımızın ruhuna!

 

 

 

 

...  Axşamınız  xeyir!  "Xəbərçi"nin  saat   iyirmi   bir   buraxılışı

efirdədir.  Studiyada  Rüstəm  Əbülfətoğludur.  Müdafiə   Nazirliyinin

Mətbuat Xidmətindən verilən məlumata görə, cəbhə xəttində  sakitlikdi.

Atəşkəs pozulmayıb. İndi isə günün  baş  xəbərləri.  Qarabağ  qaziləri

aclıq aksiyasını davam...

 

... Azacıq da  olsa  küləyin  qarşısını  kəsmiş,  min  illərdi  qarın,

yağışın altında qalmaqdan  yorulub  bəlkə  də  çoxdan  ölmüş  bir  sal

qayanın dibində  kürək-kürəyə  vermişdilər.  Kürək-kürəyə  vermişdilər

ki, heç olmazsa bir-birlərini artıq içlərindən  keçib  getdiyini  hiss

etdikləri bu cəhənnəm küləyindən qorusunlar. Bu dağı,  bu  daşı  sanki

az qala  hər  an  qopub  dağaşağı  uçacaq  bu  sərt  və  çoxdan  ölmüş

qayaları, onların solmuş  bənizlərini  it  kimi  yalayan  bu  cəhənnəm

küləyinin  səsi  uçurumlardan,  dərələrdən  ulaya-ulaya  keçir  və  bu

ulartı insanı təbdən çıxaracaq yeknəsək və usandırıcı bir musiqi  kimi

qulaqları dəng edirdi. Hərdən əlləri ilə  qulaqlarını  örtürdülər  ki,

bu zəhlə tökən ulartını heç olmasa bir azacıq  da  olsa  eşitməsinlər.

Amma bilmirdilər ki, artıq bu ulartını qulaqları  ilə  eşitmirlər,  bu

ulartı onların beyinlərinin içinə dolub.

 

Bu dağlar, bu dərələr Vətənin dağları, Vətənin dərələri idi. Bu  külək

də, bu çovğun da Vətənin küləyi, Vətənin çovğunu  idi.  İndi  soyuqdan

donmaqda olan bu oğullar da bu Vətənin oğulları idi.  Amma  bu  dəqiqə

Vətənin bu dağları da, bu dərələri də cəhənnəmə çevrilmişdi  bu  Vətən

oğulları üçün. Bütün kitablarda yazılır ki, cəhənnəm od  tutub  yanır,

amma bu  cəhənnəmdə  bircə  əlçim  də  od  yox  idi.  Bu  cəhənnəm  nə

"Bibliya"da, nə də "Quran"da yazılan cəhənnəm deyildi.  Nə  isə  başqa

bir cəhənnəm idi. Bəlkə də bu cəhənnəmdən heç Allahın  da  xəbəri  yox

idi.

 

Bu oğullar cəhənnəmi elə bu dünyada  görürdülər.  Amma  bu  cavanların

heç biri nəinki cəhənnəmi bu dünyada, heç o dünyada da görmələri  üçün

heç bir günah işlətməmişlər. Bir yox, beş cəhənnəmlik  günahları  olan

kimlərinsə cəzasını az qala ağızlarından süd  iyi  gələn  bu  cavanlar

çəkirdilər. Və həmin o bir yox, beş  cəhənnəmlik  günahı  olanlar  isə

saunalarda,  cavan-cavan  qızlara  bellərini  ovdururdular  ki,  bəlkə

əllərindən bir iş gəldi.

 

Və hətta Allahın da xəbəri olmayan bu cəhənnəmdə bu oğullar  nəfəsləri

ilə  əllərini   hovlasalar   da   artıq   donmaqda   olan   barmaqları

nəfəslərinin istiliyini hiss eləmirdi. Ona  görə  yox  ki,  barmaqları

donmaqdaydı, ona görə ki, artıq içləri, damarları,  damarlarında  axan

qan da donmaqdaydı.

 

Dünəndən yeməkləri də qurtarmışdı. Ac olduqlarından şaxtanı  daha  çox

hiss edirdilər. Artıq bir sahibsiz it kimi ulayan cəhənnəm küləyi  də,

bu şaxta da qanlarına hopub bütün bədənlərinə axırdı.

 

Ümidlərini yeri-göyü heçdən  xəlq  edən  Allaha  bağlayıb  hər  an  bu

çovğunun kəsəcəyinə bir inamla saatları sayırdılar.  Amma  bu  saatlar

qurtarmırdı. Və bu çovğun da heç kəsən köpəyoğluna oxşamırdı.

 

Kinolarda görmüşdülər ki,  belə  çovğunda  qardan  bir  koma  düzəldib

doluşurlar içinə. Nə qədər çalışsalar da kinolarda  gördükləri  komanı

düzəldə bilməmişdilər. Nə bu dağ kinolarda gördükləri dağ idi,  nə  bu

çovğun, nə də bu qar.

 

Silahları  da  donmuşdu.  Avtomatın  lüləsinə   əl   vurmaq   olmurdu,

yandırırdı.

 

Onlardan  bir  güllə  məsafəsi  aralıda   ermənilərin   postunda   elə

ermənilər də onların günündə  idi.  Sadəcə  bu  bəxtəvər  it  uşağının

bəxti onda gətirmişdi ki, aşağıda olduqlarından nə  bu  külək,  nə  bu

çovğun onları elə də tutmurdu.

 

Dünən erməniləri dəyişməyə  gəlmişdilər,  amma  dəyişə  bilməmişdilər,

maşınları  dağın  ətəyində  qara  batıb  qalmışdı.  Amma  heç   olmasa

gələnlər  özləri  ilə  ərzaq  gətirmişdilər,  yanacaq   gətirmişdilər.

Dünəndən ermənilərin tonqalı sönməmişdi.

 

Əvvəllər postda ermənilərlə  bir-birlərini  babat  söyürdülər,  "tvoya

mat"ların biri bir qəpik. Qəribə idi ki, ermənilər bizimkilərin  rusca

söyüşünə Azərbaycanca cavab verirdilər:

 

- Ara, Komandir,  sizin  dildə  söyüş  adamın  canına  sarı  yağ  kimi

yayılır.

 

Hərdən də söyməkdən  yorulub  bir-birlərinə  bir-iki  daraq  güllə  də

boşaldırdılar.  Və  səhər  qəzetlər   yazırdılar:   "Murovda   Atəşkəs

pozulub. Ermənilər  avtomatlardan  və  iriçaplı  pulemyotlardan  bizim

mövqeləri  atəşə  tutublar.   Milli   Ordumuzun   əsgərlərinin   cavab

atəşindən sonra düşmən susdurulub. Tələfat yoxdur".

 

İndi ermənilərin közərən tonqalına paxıllıq  edirdilər.  O  tonqal  bu

şaxta qədər, bu çovğun qədər onlara əzab verirdi.  Dünyada  bundan  da

böyük  bir  ağrı  olmazdı.  Düşmən  Vətəndə  ocaq  qalayıb  bu  ocağın

istisinə qızına bildiyi halda,  Allah  bu  oğulları   öz  vətənlərində

Allahın bir ocağına da qıymamışdı.

 

Hamısından cavanı və hamısından zəifi Qara bir-iki dəfə istəmişdi  ki,

həmin tonqalı pulemyotun ağzına verib dağıtsın.  Komandir  qoymamışdı.

Çünki  belə  şeylərin   üstündə   sonra   böyük   komandirlər   onları

cəzalandırırdı.

 

Qara da sitildəyə-sitildəyə demişdi:

 

-Sənin komandirlərinin də, komandirlərinin anasını da...

 

İndi Qaranın düşmənin ocağına  bir-iki  daraq  güllə  boşaltmağa,  heç

söyməyə də heyi qalmamışdı. Ölürdü yatmaqdan ötəri. Elə hamısı  ölürdü

yatmaqdan ötəri.

 

Yuxu elə şirin-şirin onlarla məzələnirdi ki!

 

Saçlarından,   kirpiklərindən   tutmuş   ayaq   barmaqlarına    qədər,

didələrindən keçib beyinlərindəki ən son  hüceyrələrə  qədər  məzələnirdi

yuxu. Özləri də onlarla məzələnən  bu  yuxunun  bu  məzəsindən  ləzzət

alırdılar. Bu ləzzətin də təsirindən yavaş-yavaş kirpikləri qapanırdı.

 

Amma Komandir onları yuxusunun  bu  məzəsindən  xilas  etmək  üçün  az

qalırdı barmaqlarını uşaqların gözünə soxsun.

 

- Sizə qurban olum, yatmayın! Yatsanız, donub öləcəksiniz.

 

Komandir indi gördü ki, Qara lap əldən  gedir.  Bir-iki  dəfə  Qaranın

ayaqlarını soyundurub buza dönmüş barmaqlarını möhkəm-möhkəm  ovmuşdu,

sonra sinəsini açıb Qaranın ayaqlarını  bərk-bərk  sinəsinə  sığmışdı.

Bir balaca da olsa Qaranın ayaqlarını isitmişdi. Və hiss eləmişdi  ki,

Qara bundan xoşhallanır...

 

Həmişə   belə   postlara   gələndə   xəlvətcə,   əslində   komandirlər

bilirdilər,  amma  özlərini  bilməməzliyə   vururdular,   flyaqalarını

araqla doldururdular. İndi flyaqalar da boşalmışdı.  Təkcə  Komandirin

flyaqasında  bir  az  araq  qalmışdı  ki,  onu  da   uşaqlara   hərdən

qurtum-qurtum içirirdi.

 

Komandir flyaqanı çıxartdı, əvvəlcə Qaraya, sonra da o biri  uşaqların

hərəsinə bircəcə qurtum içirtdi. İstədi özü  də  bircə  qurtum  içsin,

ürəyi gəlmədi, o bircə qurtumu da uşaqlara saxladı.

 

Komandir onlara   kömək   gələcəyindən  əlini dünən axşamdan  üzmüşdü,

amma  bunu  uşaqlardan gizlədirdi:

 

- Bir az da dözün, çovğun bir balaca ara  verən  kimi  kömək  gələcək.

Görmədiz, ermənilər bizdən nə qədər aşağıda olsalar da maşınları  çıxa

bilmədi, batıb qaldı. Dözün, sizə qurban olum! Mütləq kömək gələcək!

 

Əslində belə bir havada bura qalxmaq göz görə-görə ölümə  getmək  idi.

Köməyə gələnlər olsa da qırılıb  yollarda  qala  bilərdilər.  Heç  kim

ölmək istəmirdi. Elə bu çovğunda postu atıb getməyən bu beş əsgər də.

 

Neçə gün idi ermənilər marığa yatıb gözləyirdilər ki, bir az  da  belə

davam  etsə,  türklər  postu  atıb  gedəcəklər,  onlar  da   həsrətini

çəkdikləri bu yüksəkliyi rahatca ələ keçirəcəklər.  Sonra  bu  Atəşkəs

vaxtı  kim  idi  ATƏT-in  qorxusundan  onları   topla,   tüfənglə   bu

yüksəklikdən vurub salan.

 

Vaxtilə  özləri  şaxtaya,  küləyə   dözməyib   bu   yüksəkliyi   qoyub

düşmüşdülər.   Və   heç   ağıllarına   da   gəlməzdi   ki,     türklər

qardan-çovğundan qorxmayıb bu yüksəkliyə qalxar və öz bayraqlarını  bu

yüksəkliyə  sancarlar.  Yüksəkliyi  qoyub   düşənlərin   hamısını   da

tribunala  vermişdilər.  Generallar  demişdi   ki,   yenidən   kim   o

yüksəkliyi götürə bilsə, ona "Xaç" ordeni  verəcəklər.  Və  neçə  dəfə

Atəşkəsi pozmaqdan qorxmayıb hücum eləsələr də  geri  oturdulmuşdular.

İndi həsrətlə gözləyirdilər ki, türklər düşüb gedəcəklər, ya  da  donub

öləcəklər.

 

Türklərin isə postu qoyub getmək fikirləri yox idi. Yalnız dünən  gecə

Mazandaran Pələngi bir balaca bozarmağa başlamışdı:

 

- Döyüşdə ölsəm yanıb-tökülmərəm, amma indi partlayıram. Axı mən  niyə

burda donub ölməliyəm?! Çıxıram gedəm, cəhənnəm olsun hamısı...

 

Komandir:

 

- Sən öl, bircə  addım  atsan səni  deşik-deşik  edərəm,  köpəyoğlu!-deyib

avtomatı  Mazandaran   Pələnginə   tuşlamışdı.

 

Mazandaran  Pələngi  də  əlini  avtomatına   atmışdı,   tutaşmışdılar.

Komandir avtomatın qundağı ilə Mazandaran Pələnginin  kürəyindən  necə

vuruşdusa, Mazandaran Pələnginin  nitqi  batmışdı.  Özünə  gələndə  də

başlamışdı  ağlamağa.  Komandir  də   onun   başını   sinəsinə   sıxıb

ağlamışdı, uşaqlar da kövrəlmişdi.

 

Komandir:

 

- Məni   bağışla, Pələng!

 

Mazandaran Pələngi:

 

- Siz məni   bağışlayın,  uşaqlar.  Bir  qələtdi   eləyirdim. Heç  sizi

düşmən   qabağında   qoyub   gedərəmmi?!

 

Bu cəhənnəm küləyi it kimi ulamağındaydı, uşaqlar da  qayanın  dibində

kürək-kürəyə verib sitildəməkdəydilər.

 

Üç-dörd yaş  fərqləri  var  idi.  Mazandaran  Pələngi  ilə  Zəngəzurlu

Balası məktəbi iki-üç il əvvəl  bitirmişdilər.  Totuqla  Şair  könüllü

gəlmişdi əsgərliyə, institutun 4-cü kursundan. Qara da məktəbi  bu  il

bitirmişdi. Bircə Komandir yaşlıydı. Hələ Sovet hökuməti  vaxtı  əsgər

olmuşdu. Bakıda universiteti  də  bitirmişdi,  Moskvanı  da  görmüşdü,

Çelyabinski   də.   Hərdən   Komandir   o    tələbəlik     illərindən,

Çelyabinskdəki   əsgərliyindən,   generalın    qızını     necə     lüt

soyundurduğundan gopa basardı,  onlar  da  Komandirin  sərgüzəştlərinə

ləzzətlə qulaq asardılar. Və bu söhbətləri o  qədər  eşitmişdilər  ki,

Komandir ağzını açan kimi bilirdilər ki, nəyi  düz  deyir,  nəyi  yox.

Amma əl çəkmirdilər ki, danış.

 

Komandir indi onları söhbətə tutmaq istəyirdi ki, yatmasınlar:

 

-  Ə,  qoduq,  demirəm  yatma,  donub  öləcəksən?!  Ə,  sən  nə   cür

müsəlmansan, ağzımda bir quramlıq söz danışıram,  yenə  qozuna  deyil.

Ə, yatma dana, oğraş.

 

Uşaqların ən həyasızı sayılan Totuq:

 

- Komandir, sən canın, o Artist qızın axırı nə oldu ey...

 

- Deməli, belə. Bir də gördüm telefon özünü  cırır.  Götürdüm,  gördüm

bu. Dedi, axşam bizə gələrsən. Ürəyim düşdü  ayaqlarımın  altına,  vay

dədəm, vay, məni evinə çağırırdı.  Getdim  Axund  hamamına.  Üz-gözümü

qırxdırdım...

 

Totuq:

 

- Ayrı yerin  qırxdırmadın  ki?

 

Mazandaran  Pələngi:

 

- Ə,  qoy  kişi   söhbətini   eləsin  də.

 

Komandir:

 

- Hə, sonra qəşəng-qəşəng çimdim. Çıxdım oturdum  bir  taksiyə.  Dedim

sür Yasamala. Bazarla üzbəüz beşmərtəbəli bina var  ey,  bax  orda  üç

otaqlı lüks evi vardı. O kinodan sonra bir prokuror bağışlamışdı.  Tək

yaşayırdı. Zəngi basdım. Əvvəl-əvvəl qapının deşiyindən baxdı...

 

Hördü Qaranın   gözləri   yumuldu, dürtmələdi:

 

- Qara, ay  Qara!

 

Qara  səksəndi:

 

- Gəldilər...

 

Komandir:

 

- Bir də yatsan təpənə  bir qapaz salacam,  gözlərin   düşsün   ovcuna,-

sonra flyaqanı  çıxarıb   ona   uzatdı,-  ala  bir  qurtum  iç.

 

Heç dinib-danışmağı xoşlamayan, bu  neçə  gündə  üşüdüyünü,  donduğunu

gizlətməyə çalışan Şair bu dəfə özünü saxlaya bilmədi:

 

- Komandir,  bir  qurtum  da  mənə ver.

 

Bir  qurtum da Şair içdi.

 

Mazandaran Pələngi:

 

-  Bir  qurtum da  mənə  ver,  Komandir.

 

- Qələtini elə, sən hələ dözə bilərsən. Hə, qapını açdı. Baxdım  gördüm

suyun içindədi, heç demə o da çimirmiş.

 

Totuq:

 

-  O  da   qırxdırmışdı?

 

Mazandaran Pələngi:

 

- Ə, sən nə   qanacaqsız,  tərbiyəsiz  adamsan?!

 

- Saçın deyirəm dana!  Bəs  siz  nəyi  fikirləşirsiniz,  ay  tərbiyəli

oğlanlar?!

 

- Suyun içində, əynində  xalat,  xalatın  yuxarı  düymələri  də  açıq,

məmələri də yarı çöldə, saç şəlalə kimi tökülüb məmələrinin arasına...

 

Komandir danışırdı, uşaqlar da sitildəyə-sitildəyə qulaq  asırdı.  Əzü

axşama getdiyindən şaxta bir az da artırdı. Onların üz-gözünü it  kimi

yalayan bu cəhənnəm küləyinin zəhlətökən səsi də getdikcə  beyinlərinə

daha çox işləyirdi.

 

Komandir bir vaxtların ən dəbdə olan maxer  şərfini  dörd  yerə  bölüb

paylamışdı uşaqlara:

 

- Alın, ağız-burnunuzu örtün.

 

- Bəs sən?

 

- Mən  Sibirdə bundan da  pis  şaxta  görmüşəm.

 

Nəfəsləri  şərfi  o qədər tərlətmişdi  ki,  şərf   də  buz  bağlamışdı.

 

Komandir danışırdı, uşaqlar da  sitildəyə-sitildəyə  qulaq  asırdılar,

cəhənnəm küləyi  bir  cəhənnəm  iti  kimi  üz-gözlərini  yalamaqdaydı,

şaxta da yavaş-yavaş iliklərinə işləməkdəydi...

 

-  Hə,  məmələri  yarı  çöldəydi,  saçları  da  şəlalə  kimi   tökülüb

məmələrinin arasına. Dünya gözəli qız ola, ağappaq məmələr ola,  mənim

kimi də görməmiş bir kənd uşağı. Elə dəhlizdə basmarladım ey...

 

Totuq dişləri   şaqqıldaya-şaqqıldaya:

 

- Komandir, mən ölüm,  sən   ona  heç  nə   eləməmisən.

 

Komandir bunu bəlkə iyirmi dəfə  danışmışdı.  Hər  dəfə  də  danışanda

Qara elə bilirdi  bir  maraqlı  kinoya  baxır,  Komandirin  danışığını

eşitmirdi, görürdü. İndi Totuq  Komandirin  sözünü  kəsəndə  Qara  elə

bildi lent qırıldı.  Acıqlı-acıqlı  Totuqa  baxdı,  sonra  yenə  üzünü

Komandirə tutdu:

 

- Hə,   qapını  açdı, suyun  içindəydi, məmələri də çöldəydi, sonra...

 

- Hə, qapını açdı, suyun  içindəydi,  xalatının  yuxarı  düymələri  də

açıqıydı,  məmələri  də  çöldəydi,  saçını  da  qurutmamışdı.  Saçları

məmələrinin üstündən şəlalə kimi  tökülürdü.  Dünya  gözəli  qız  ola,

açıq məmələr ola, mənim kimi də görməmiş kənd uşağı ola, elə  dəhlizdə

basmarladım ey...

 

Komandir  danışırdı, Qara  day   Komandiri   eşitmirdi...

 

... Qara bir  xəlvət  otaqdaydı,  həmin  Aktrisa  da  hamamdan  təzəcə

çıxmışdı,  xalatdaydı,  xalatının  yuxarı   düymələri   də   açıqıydı,

məmələri də çöldəydi, saçları  da  şəlalə  kimi  məmələrinin  üstündən

axıb tökülürdü. Qara  əvvəl-əvvəl  xalatının  o  biri  düymələrini  də

açırdı. Daha Komandir kimi elə dəhlizdə basmarlayıb altına salmırdı.

 

Qara bütün düymələri açdı. Aktrisa onun əlindən  tutub  gətirdi  yataq

otağına. Xalatı də çıxarıb atdı. Qarşısında kənd  toyuğunun  yumurtası

kimi soyulmuş bir bədən vardı. Qara utandığından  qıpqırmızı  qızardı.

Aktrisa onun əllərini  qaldırıb  qoydu  məmələrinin  üstünə.  Elə  bil

Qaranın barmaqlarını tok vurdu, bədəni gizildədi.

 

Aktrisa:

 

-  Birinci  dəfədi?

 

- Hə!

 

Aktrisa onu itələyib yıxdı çarpayıya, dodaqlarını  yapışdırdı  Qaranın

dodaqlarına. Elə bil Qaranın dodaqlarına köz basdılar.  Bu  köz  bütün

bədənini yandırdı...

 

- Ay sənə qurban olum, ay köpəyoğlu, demədim yatma...

 

Qara gözünü açdı. Nə yataq vardı, nə incə dodaqlarını əmdiyi  Aktrisa,

nə də o dodaqların közü. Çovğun idi. Amma Komandir  bircə  dəqiqə  onu

gec ayıltsaydı, Aktrisanın...

 

Və Qara bu neçə ayda ilk dəfə özündən  asılı  olmadan  Komandirə  ağır

cavab verdi:

 

- Komandir, sən nə namərd adamsan...

 

Komandir:

 

- Yatma, dədəm-nənəm sənə qurban! Neynirsən elə,  amma  yatma!-  Sonra

yerdən bir ovuc qar götürüb  Qaranın  üz-gözünü  ovuşdurdu,  dəsmalını

çıxarıb qarın suyunu sildi. Hördü ki, Qaranın  sifətində  qan  deyilən

bir şey yoxdu. Hördü Qara donur. Flyaqadan bir az araq  töküb  yenidən

Qaranın sif-sifətini ovxalasa da qan gəlmədi.

 

Yox, uşaqlar donurdu, heç olmasa onları bu  gecədən  birtəhər  salamat

çıxara bilsəydi... Toran qovuşduqca yaxınlaşmaqda olan  gecənin  onlar

üçün son gecə olacağını daha çox hiss eləməyə başlamışdı.

 

Postdan üç-dörd yüz addım aralıda ermənilərin  dünəndən  batıb  qalmış

maşınına baxdı. Əgər  ermənilərin  gözündən  yayınıb  o  maşına  gedib

çıxsaydı, bəlkə də əlinə bir şey keçərdi. Elə bircə  təkərini  sürüyüb

gətirə  bilsəydi,  bəsləri  idi.  Amma   bu   çox   böyük   bir   risq

idi, ermənilərin  əlinə  düşə  bilərdi.  Bu  dünyada  ölümdən  də   çox

qorxduğu bir şey vardısa, o da əsir düşmək  qorxusu  idi.  Yuxularında

tez-tez mühasirəyə düşürdü,  özü  də  iki  körpəsi  ilə  birlikdə.  Bu

körpələrin  ermənilərin  əlinə  keçməməsi  üçün  nələr  fikirləşirdi?!

Körpələrini  götürüb  hansı  səmtə  üz  tuturdusa   qarşısına   erməni

çıxırdı. Qucağında iki körpə, sağ-sol erməni. Və belə  anlarda  həmişə

Allaha üz tuturdu, yalvarırdı ki, heç olmasa  bu  gül  üzlü  körpələri

körpəliklərinə bağışlasın. Çox qəribə idi  ki,  həmişə  də  Allah  onu

eşidirdi, nəinki körpələri, elə onun özünü  də  əsir  düşməkdən  xilas

edirdi və yuxudan  ayıldırdı.  Oyanıb  bütün  bunların  yuxu  olduğunu

görəndə elə sevinirdi, elə bil təzədən  doğulurdu.  İçində  axmaq  bir

hiss  vardı,  ona  elə  gəlirdi  ki,  əvvəl-axır  bir  gün   bu   yuxu

gerçəkləşəcək,  ermənilərin  əlinə  əsir  düşəcək.   Əstündə   qumbara

gəzdirirdi, əsir düşsə özünü partlatsın.

 

İndi özündən asılı olmayaraq əlini qumbaraya  atdı,  yerindəydi.  Yenə

maşına  tərəf  boylandı.  Çovğun  erməniləri  də  pisikdirdiyindən  öz

başlarının hayındaydılar.

 

Gözü  qalmışdı  maşında.  Bircəcə  təkər  gətirə  bilsəydi...  Bircəcə

təkər... Bircəcə təkər də onların üç-dörd yüz  addımlığındaydı.  Bəli,

onlardan üç-dörd yüz addım aralıda bığ yerləri təzə-təzə  tərləyən  bu

uşaqları xilas edə biləcək bir təkər vardı.

 

Bir tərəfdə əsir düşmək  qorxusu,  bir  tərəfdə  də  onları  donmaqdan

xilas edə biləcək bir təkər. Hələ  onu  da  bilmirdi  ki,  o  təkər  o

maşında var, ya yox.

 

Getməliydi! Getməliydi  və  o  maşında  onları  bu  gecə  dəhşətli  və

dəhşətli olduğu qədər də çox ucuz  və  axmaq  bir  ölümdən  xilas  edə

biləcək o təkəri gətirməliydi.

 

Qaraya baxdı, donurdu Qara.

 

Qara bir dəfə utana-utana demişdi:

 

- Komandir, mən hələ qadın görməmişə

 

Yox, qoymayacaqdı nə Qara donsun, nə də o biri  uşaqlar.  Qoymayacaqdı

Qara dünyanın qadın gözəlliyini dadmamış getsin bu dünyadan.

 

Əsir düşsə də gedəcəkdi. Özünü qumbara ilə  partlatmağa  məcbur  qalsa

da gedəcəkdi. Həsrətlə onun yolunu gözləyən  körpələrini  yetim  qoysa

da gedəcəkdi.

 

Ölüm ölüm idi. Ya burda donub  öldü,  ya  da  ermənilərin  əlinə  əsir

düşəcəyi halda özünü partladıb öldürdü. O ölüm  burda  donub  ölməkdən

daha şərəfli idi...

 

... Axşamınız xeyir!  "Xəbərçi"nin  iyirmi  bir  buraxılışı  efirdədi.

Studiyada   Rüstəm   Əbülfətoğludu.   Müdafiə   Nazirliyinin   Mətbuat

Xidmətinin  verdiyi  məlumata  görə,  cəbhə   xəttində   sakitlikdir.

Atəşkəs pozulmayıb. İndi isə günün  əsas  xəbər  başlıqları.  Bəxtiyar

Vahabzadə ilə Məmməd Araz aclıq aksiyası keçirən Qarabağ qaziləri  ilə

görüşüb...

 

... Bəli,  cəbhədə  sakitlik  idi.  Və  bu  sakitlikdə  beş  əsgərimiz

ermənilərlə  deyil,  qar-çovğunla   ölüm-dirim   savaşına   qalxmışdı.

Cəbhədə sakitlik idi və bu sakitlikdə beş əsgərimiz donurdu.

 

Kofi Annan hardasa dalını çöpləyirdi...

 

ATƏT-in  mavi həmsədrləri  İrəvanda  içdikləri  konyakın   təsirindən   öz

xristian qardaşlarına qoşulub mahnı oxuyurdular...

 

Respublika sarayının  qarşısında  atalı  uşaqlar  maşın  oynadırdılar,

tindəki svetoforun altında iki qaçqın uşaq dayanıb  bahalı  maşınların

sahiblərini Həzrəti-Abbasa and verirdilər ki, onlara  bir  tikə  çörək

pulu versinlər.

 

Bəxtiyar Vahabzadə ilə Məmməd Araz  Qarabağ  qazilərinə  yalvarırdılar

ki, aclıq aksiyasını dayandırsınlar...

 

Müxalifətlə iqtidar mətbuatda bir-birinin başını yarırdı...

 

Parlamentdə "Damazlıq haqqında Qanun" layihəsi müzakirə edilirdi...

 

... Beş əsgərimiz isə  donurdu.  Bu  beş  əsgər  BMT-nin  də  yadından

çıxmışdı, ATƏT-in də və hətta Allahın  da.  Bircə  Əzrayılın  yadından

çıxmamışdı.

 

Və Komandir  bu  əsgərləri  Əzrayılın  pəncəsindən  xilas  etmək  üçün

üç-dörd yüz addımlıqdakı o maşındakı təkəri gətirməli idi.

 

Filmlərin   birində belə  bir söz  eşitmişdi:

 

- Kişilər bir dəfə risq edirlər. Bu ya ölümdü, ya həyat.

 

Komandir  qalxdı   ayağa:

 

- Uşaqlar, mən gedirəm   maşına.

 

Bircə Mazandaran Pələngi  dilləndi:

 

-Hara?

 

- Cəhənnəmə! O  maşına.

 

- Nəyə?

 

- Bəlkə əlimə bir şey  keçdi.  Heç  olmasa  bir  təkər  gətirə  bilsəm

səhərədək bəsimizdi.

 

- Vurarlar səni.

 

- Siz məni qoruyun, qorxmayın. Hördünüz ermənilər  məni  görüb  maşına

tərəf gəldilər, basın gülləyə.

 

Qaraya elə gəldi ki,  Komandir  getsə  bir  daha  geri  dönməyəcək  və

onların son  ümidləri  də  Komandirlə  birgə  məhv  olacaq.  Nə  qədər

Komandir yanlarındaydı elə bil arxalarını dağa söykəmişdilər. İndi  bu

dağ da uça  bilərdi.  Qara  heç  istəmirdi  Komandir  getsin.  Burnunu

çəkə-çəkə dedi:

 

- Getmə, Komandir, bu gecə birtəhər dözərik.

 

Amma Komandir çox gözəl bilirdi ki, bu gecə onların son gecəsi  olacaq

və açılacaq sabah onlar üçün açılmayacaq.

 

Mazandaran  Pələngi:

 

- Komandir,  bəlkə mən   gedim?

 

- Yox, sən  bacarmazsan.  Dönməsəm  yerimdə  sən  qalırsan.  Bax,  mən

gələnə qədər nə badə yatasınız ha.

 

Sonra  öz flyaqasını   açıb  verdi  Mazandaran  Pələnginə.

 

- Ala, hərdən qurtum-qurtum içərsiniz. Ğz flyaqanı da ver  mənə  bəlkə

benzin gətirə bildim.

 

Və Komandir getdi. Heç səngərdə güllə yağışının altında  qalanda  belə

qorxu hissi keçirməmişdi. Gah sürüşə-sürüşə,  gah  əyilə-əyilə  maşına

doğru gedirdi. Bəzən qorxub otururdu...

 

...Komandirin  Anası  titrəyə-titrəyə  bayırdan  girdi  içəri.   Həlin

uşaqları yedizdirirdi.

 

- Bala, yaman soyuqdur. Yazıq uşaq bu şaxtada görən  neyləyir?  Ğzü  də

dağın təpəsindədi. Murovun da soyuğu  yaman  olur.  Allah  ermənilərin

tifaqını dağıtsın. Gül kimi yaşayırdıq.

 

Həlin qalxıb qayınanasına da bir çay süzdü.

 

-Otur, ay xala, bir stəkan çay iç, qızış.

 

- Qızışa bilərəm, ay bala? Uşaq dağın təpəsində, qarda-qiyamətdə,  heç

məni o sobanın içinə atsan da qızışa bilmərəm. Köpəyuşağı,  qoymadılar

adam kimi yaşayaq. Ay Allah, sən bu ermənilərin cəzasını ver.

 

Gəlin güldü, qayınanasının könlünü almaq istədi:

 

- Ay xala, indi sənin dediyin o uşaq özünü  verib  şəhərə,  girib  bir

xanımın  qucağına  xumarlanır.  Sən  də  başlamısan  dağ  belə  getdi,

qiyamət belə getdi.

 

Komandirin Anası əllərini qaldırdı göyə:

 

- Ya xudavəndi-kərim olan Allah, sənə qurban  olum,  kaş  gəlin  deyən

olsun, mən deyən olmasın.

 

... Amma gəlin deyən deyildi, ana  deyəniydi.  Komandir  xanımın  yox,

ölümün   qucağındaydı.   Amma   öz   hayında   deyildi,   əsgərlərinin

hayındaydı. Onları Əzrayılın  pəncəsindən  qoparmaq  üçün  yerlə-göylə

əlləşirdi. Göylər çox uzaqdaydı, nə əli  çatırdı,  nə  ünü.  Yerdə  də

onlara yer qalmamışdı. Bircə o maşında bir  təkər  vardı,  əgər  o  da

vardısa, ümidi bircə o təkərəydi.

 

Maşına  çata   bildi...

 

Ehtiyat təkəri görəndə az qaldı təkəri öpsün. Desant bıçağını  çıxarıb

təkəri ramaya bağlayan boltu açmağa çalışdı, bolt donmuşdu. Yox, o  bu

boltu açacaqdı. Amma yenə gücü çatmadı, bu donmuş boltu desant  bıçağı

ilə açmaq əslində heç mümkün də deyildi, mantirovka  lazım  idi.  Belə

maşınlarda mantirovka sürücülərin  oturacağının  altında  olur.  Hetdi

kabinəyə tərəf, qapını açanda səksəndi. Bir  əsgər  bərk-bərk  kürkünə

bürünüb yatmışdı, avtomatını da atmışdı  ayaq  altına.  Ustufca  əlini

atıb  avtomatı  götürdü,  gülləni  lüləyə   verib   dirədi   erməninin

sinəsinə, sol əli idə təpəsinə bir qapaz saldı:

 

- Dur, ay oğraş...

 

Erməni  qımıldandı,  amma  gözlərini  açmadı.  Avtomatın  lüləsi   ilə

erməninin sinəsindən möhkəm basdı:

 

- Dur...

 

Erməni   əvvəl-əvvəl   bir   gərnəşdi,   sonra   gözlərini   ovxaladı.

Əsnəyə-əsnəyə  gözlərini  Komandirə  bərəltdi.  Əvvəl-əvvəl   heç   nə

anışdıra bilmədi, elə bildi öz yoldaşlarındandı.

 

-Nə olub?

 

Komandir avtomatın   lüləsini   bu  dəfə erməninin çənəsinin altına

dirədi:

 

- Dur deyirəm.

 

Erməni başa düşmədiyi dildə söz  eşidəndə  bir  anda  özünə  gəldi  və

dərhal da qorxudan nitqi tutuldu.

 

- Səsini   çıxarma, köpəyoğlu,  düş  aşağı.

 

Erməni  qorxa-qorxa   kabinədən  yendi.

 

- Hardadı  mantirovka?

 

Erməni başı ilə işarə elədi ki, onu başa düşmür.

 

- Azərbaycanca   bilmirsən?

 

Erməni  yenə başı  ilə "yox" dedi.

 

- Mantirovka! Mantirovka   qde? Davay  mantirovka.

 

Erməni oturacağı  qaldırdı,  mantirovkanı  çıxarıb  uzatdı  Komandirə.

Komandir mantirovkanı almadı, əli ilə ehtiyat təkəri göstərdi  ki,  aç

onu.

 

Erməni   nə   qədər hıqqındı   gücü  çatmadı,  sanki boltu   ramaya

qaynaqlamışdılar.  Komandir   işarə elədi  ki,  çəkil   kənara. Ğzü

yaxınlaşdı   mantirovkaya:

 

- Ya  Əli!

 

Elə  bil  bayaqdan ramaya qaynaqlanmış   bolt   deyildi, yağdakı  kimi

fırlandı.  Komandir  heç  ağlına  da   gətirə  bilməzdi  ki,  bu  boltu

o  yox, indicə  adını   çağırdığı Həzrəti  Əli   açdı.

 

Təkər  düşdü  yerə. İndi   qalırdı bu  təkəri   yuxarı   daşımaq.

 

- Ey dığa, veryovka yest?

 

- Yest.

 

- Davay  prinesi.

 

Erməni oturacağın  altından kəndir çıxartdı.

 

-  Tam   çto-nibud yest pokuşat?

 

Erməni maşının  siyirməsindən  bir   çörək,  bir az  kolbasa,  bir az

sala   çıxartdı. Komandir  hamısını alıb  qoyun-qoltuğuna doldurdu.

 

- A vodka?

 

- Vodki  net.

 

Komandir flyaqanı   çıxarıb   verdi erməniyə ki,  bunu   benzinlə   doldur.

Erməni  də dinməz-söyləməz  şlanq  gətirib  bakdan   benzin  çəkdi,

flyaqanı   doldurub verdi   Komandirə.

 

Komandir kəndirlə təkəri möhkəm-möhkəm   bağladı və  kəndirin   ucunu

da  verdi  erməniyə:

 

-  Taşi,  köpəyoğlu!

 

Əslində bu təkər  deyildi,  qarlı-fırtınalı  bir  dənizdə boğulmaqda

olan   beş  əsgər   üçün  bir saman çöpü  idi.  Amma erməni bu  saman

çöpünü   üzüyuxarı  darta  bilmədi.

 

Komandir   gördü yox, erməni  bu   işi   tək  bacarmayacaq özü  də  təkəri

itələməyə  başladı və  erməniyə  dedi:

 

- Davay!

 

Xeyli qalxdılar, amma hər ikisi yoruldu və oturdular təkərin  üstündə.

Komandir gördü erməni çox bərk qorxur, dedi:

 

- Ne  boysya, ya tebya  ne ubyu. Yesli   xoçeş   jit,  davay taşi.

 

Qalxdılar. Erməni öndə,  Komandir də arxada,  yenidən girişdilər   təkəri

yuxarı   qaldırmağa.

 

Bu diki də qalxa bilsəydilər,  vəssalam.  Erməninin  əlləri  donurdu.

Hücü də tükənmişdi, heyi də qalmamışdı. Komandirin də nəfəsi  ağzından

çıxırdı.

 

Və  birdən...

 

Erməni  özünü  saxlaya  bilməyib  yıxıldı  və  kəndir  donmaqda   olan

əllərindən  çıxdı.  Komandir  bunu  gözləmədiyindən   təkəri   saxlaya

bilmədi və təkər üzüaşağı axdı. Komandir bircə içini  çəkə  bildi.  Və

dərəyə tərəf axan  saman  çöpünə-  sabahı  onlar  üçün  doğuracaq  son

ümidlərinə, sonuncu ümidini itirən  bir  insan  kimi  baxdı  və  bütün

acığını üzü üstə qarın üstünə yıxılmış ermənidən çıxdı:

 

- Sənin bajını...

 

Var gücü ilə ermənini  təpikləməyə  başladı.  Erməninin  nə  bağırmağa

heyi qalmışdı, nə də özünü qorumağa, bircə əlləri ilə  üzünü  tutmuşdu

və təpik dəydikcə hıqqıldayırdı. Elə Komandirin  də  heyi  qalmamışdı,

bir-iki təpik də vurub çöməldi, bir az nəfəsini dərdi, özünə  gələndən

sonra yenə bir-iki təpik vurdu. Və bu dəfə rusca  deyil,  azərbaycanca

dedi:

 

- Dur,  qəhbənin   doğduğu!

 

Amma erməni qalxa bilmədi, Komandir bıçağını çıxarıb dirədi boğazına:

 

-  Qəhbə  oğlu,  qəhbə,  sənlə  deyiləm.

 

Bıçağın soyuq və iti ucunu xirtdəyində  hiss  eləyən  erməni  qorxunun

gücündən qalxdı.

 

Çatdılar posta. Komandir avtomatın qundağı  ilə  erməninin  kürəyindən

vurdu:

 

- Təkəri   buraxdı qəhbə  oğlu   qəhbə.

 

Ağzı   üstə  yerə  yıxılmış  erməni   zarıdı.

 

- Klyanus   materyu,  ya ne   xotel.

 

- Sənin materinin... Maşında  yatmışdı   köpəyoğlu.

 

Mazandaran  Pələngi:

 

- Komandir,  indi  bu  oğraşı  neyləyəcəyik?

 

Komandir əsəbi  halda:

 

-  Paza  keçirəcəyik.  Heç   olmasa   bunları   gətirə   bildim.-dedi,

qoyun-qoltuğundakıları  çıxartdı.  İki  gündü  aclıq  çəkən  uşaqların

gözlərinə işıq gəldi.

 

Komandir gətirdiklərini beş bərabər yerə böldü, payladı uşaqlara,  bir

pay da özünə götürdü.

 

-  Hamısını birdən  yeməyin.

 

Kim  idi  bunu  eşidən.   Bayaqdan   danışmağa   halı   olmayan   Qara

kolbasa-çörəyi  ağzına  necə  dürtüşdürsə  Komandirin  gözləri  doldu,

ürəyində dedi: "Özüm ölsəm də səni qoymayacam öləsən".

 

Qorxusundan büzüşüb yumağa dönmüş erməni  yazıq-yazıq  onların  ağzına

baxırdı, çörək qaldı Komandirin  boğazında.  Elə  Qara  yaşda  olardı.

Komandir yeməyi az qala gözlərinə  təpən  öz  əsgərlərinə  baxdı,  bir

udqunan erməniyə baxdı, gördü  çörək  boğazından  keçmir.  Ğz  payının

yarısını kəsib uzatdı erməniyə.

 

- Ala.

 

Erməni   bir   Komandirə   baxdı,   bir   Komandirin   ona    uzatdığı

kolbasa-çörəyə, udqundu, amma almağa cəsarəti çatmadı.

 

- Vozmi. Ne  boysa.  Vozmi  ya   skazal.

 

Erməni titrəyən əli ilə  kolbasa-çörəyi  aldı,  elə  o  da  Qara  kimi

dərhal təpdi ağzına. Və elə sürətlə  yedi  ki,  elə  bil  kimsə  tutub

indicə əlindən alacaqdı. Sonuncu tikəni  də  udandan  sonra  Komandirə

dedi:

 

- Spasibo.

 

(ardı var)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31