İlhamə Quliyevannın müğənni oğlu kimdir? VIDEO
Xalq artisti şoka saldı
11 Fevral 2013 12:15 MədəniyyətXalq artisti İlhamə Quliyeva şok açıqlama edib. O, məşhur müğənnimizi özünün oğlu kimi təqdim edib. Bu vaxtadək müğənni oğlu haqda heç zaman danışmayan Primadonna ilk dəfə Lider Tv-də yayımlanan "Super kimdir?" verilişində etiraf edib. Aparıcı Novruzun təqdimatında efirə gedən "Super kimdir?" yeni formatda artıq 4-cü buraxılışını yayımlayacaq. Məhz sabah Natəvan Həbibi ən yeni duetini "Super kimdir?" vasitəsilə sevənlərinə təqdim edəcək. Bundan başqa, "Ulduz mahnı" ribrikasında məşhur Azərbaycan mahnısının tarixcəsi və görkəmli ifaçıları haqda danışılacaq. Hər zaman anonim imzası altında yayımlanan bu mahnının adı və müəllifini, eləcə də Youtube-da 42 milyon baxış sayı olan dünya şöhrətli azərbaycanlı müğənnini tanımaq istəyirsinizsə və ən əsası, budəfə baş tutacaq ulduz qarşıdurmasında Nüşabə Ələsgərli yoxsa Aybəniz Haşımovanın qalib gələcəyini bilmək istəyirsinizsə fevralın 12-si Lider Tv də "Super kimdir?" verilişinə baxmağı unutmayın.
Xatırladaq ki, verilişin layihə rəhbəri və aparıcısı Novruz Məmmədov, baş redaktoru Ülviyyə Alovludur: