Nüşabə tanınmaz oldu FOTO
Müğənni 16 kq arıqlayıb
8 Fevral 2013 18:33 MədəniyyətÇoxdandır efirlərdə görünməyən populyar müğənni Nüşabə Ələsgərli, sən demə bu müddət ərzində artıq çəkisi ilə mübarizə aparırmış. ANS PRESS-in Day.Az-a istinadən verdiyi məlumata görə, müğənni üç ayda 16 kq atıb.
Təbii yolla arıqlamağın əleyhinə olduğunu deyən Nüşabə Ələsgərli plastik əməliyyat etdirmədən artıq çəkidən xilas olduğunu deyib: "Bir müddət əvvəl gördüm ki, çox kökəlmişəm. Qarşıma məqsəd qoydum ki, arıqlayım. Və, gördüyünüz kimi istədiyim nəticəni əldə etmişəm. Ancaq bununla dayanan deyiləm, artıq çəkilərimlə mübarizəmi davam etdirəcəm."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31