"Qremmi"də dress-kod qalmaqalı
"Sinə, ayaqlar örtülü olmalıdır"
8 Fevral 2013 19:59 MədəniyyətMusiqi dünyasının ən nüfuzlu mükafatlarından olan "Qremmi"də iştirakçılara geyim qaydaları tədbiq edilə bilər. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mükafatların təqdimetmə mərasimi bazar günü Amerikanın Los Anceles şəhərində olacaq.
"Qremmi" mərasimindən öncə isə müsabiqəni yayımlayan "CBS" kanalından iştirakçılara müğənni Pinkin 2010-cu ildəki rəsmi müraciəti göndərilib. E-maildə geyimə daha həssas yanaşmaq tələb edilir.
"Xahiş olunur ayaqların və qadınların sinələrinin örtülü olmasına diqqət edin. Arxa hissələrin, budların görünməməsinə çalışın. Sinəni göstərən şəffaf geyimlər geyinməkdən qaçın", - deyə müraciətdə vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31