Hadisə: "Əvvəllər elə iş görmüşəm ki..."

GQ Türkiye jurnalı Türkiyənin məşhur müğənnilərindən biri Hadiseden müsahibə alıb, onun fotosessiyasını dərc edib. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, fotosesiyanın müəllii Emre Ünaldır. "Səhnəyə çıxmağa 5 yaşımda qərar verdim. 15 yaşımdan bəri çalışıram. Eurovision-dakı iştirakımdan sonra populyarlaşsam da, əvvəlki insanam", - deyən Hadisenin sözlərinə görə, fevralda "Visal" adlı albomu çıxacaq. Ailəsi əslən Türkiyənin Sivas bölgəsindən olan Hadisenin valideynləri Belçikaya köçəndən sonra doğulub Hadise. Həsən və Gülnihal Akçıqgözlərin 4 övladından ikincisidir. Özündən 1 yaş böyük bacısı Hülya meneceri, 3 yaş kiçik bacısı Derya isə geyimlərini seçən şəxsdir. Kiçik qardaşı Murat Belçikada universitetdə oxuduğundan valideynlərinin yanındadır. O, anası ilə birlikdə yaşayır. Ürəyindəki cərrahiyyə əməliyyatından sonra bələdiyyədəki işindən ayrılan atası heç bir yerdə işləmir. Hadisenin sözlərinə görə, atası və anası boşananda 11 yaşı varmış. "Anam evdar xanımdı, işləmirdi. Bu səbəbdən də elə uşaqlıqdan işləməyə başladıq. 15 yaşım olanda çörək dükanında, 16 yaşımda isə paltar mağazasında işləyirdim. Şənbə və bazar günləri işləyir, həftənin qalan günləri isə normal dərs oxuyurdum", - Hadise deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31