Ruhinin layihəsindən yeni xəbər var VIDEO

Biznes ledi Ruhi Əliyeva, stilist Anar Ağakişiyev, modelyer-dizayner Leyla Əhməıdova və "Nərgiz" jurnalının redaktoru Könül Nağıyeva yeni bir layihədə bir araya gəlib.
"Qafqazinfo"nun məlumatına görə, onlar ən zövqlü qadını seçmək üçün "Özünə bax" layihəsi ətrafinda toplaşıb. Bununla yanaşı onlara hər həftə məşhur sima da yardımçı olacaq. Artiq qonaq münsif qismində Xalq artisti Zülfiyyə Xanbabayeva, rejissor Aqil M Quliyev və tele-aparıcı Nərgiz Cəlilova çəkilişlərdə iştirak edib.
Ozunə bax dörd mərhələdə keçirilməsi nəzərdə tutulan əyləncəli verilişdir.
Layihənin əsas məqsədi müxtəxəsislərin köməyi ilə qadınlara son dəblə ayaqlaşaraq düzgün və zövqlü geyinməkdə yardımçı olmaqdır. Layihə gözəllik yarışması deyil və əsas diqqət geyimlərə verilir. Verilişin başlıca məqsədlərindən biri də layihə boyu Azərbaycanın ən zövqlü qadınını seçməkdir. Layihədə 18 yaşından yuxarı zövqünə və geyim tərzinə güvənən qadınlar iştirak edə bilər. Qeydiyat vasitəsiylə iştirakçı olan xanımlar 3 mərhələdən keçib finala vəsiqə qazanıb ölkənin zövqlə geyinən xanımı adı uğrunda mübarizə aparacaq. Qalibə qiymətli hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur. Xanımları stilist, model, dəb sahəsində çalışan profesionallardan ibarət münsiflər heyəti qiymətləndirəcək. Proqram boyu iştirakçılara zövqlü geyinməklə yanaşı geyindiyi qiyafətin stilinə uyğün davranış, düzgün yerimək, makiyaj və saç düzümünun seçimində əsas hansı detallara diqqət edilməsi barədə məsləhətlərin verilməsi eləcədə istiqamətləndirilməsi nəzərdə tutulur. Öz sahəsinin peşəkarlarından ibarət olan münsiflərin seçimiylə iştirakçılar ələmə yoluyla mərhələ mərhələ finala qədər keçib qalib adı uğrunda mübarizəyə qatılacaq. Finalda zövqünə güvənən 10 xanımın iştirakı nəzrədə tutulur. 
Layiədə iştirak etmək istəyən xanımlar www.atv.az saytından qeydiyyatdan keçərək qatıla bilər. "Özünə bax"ın ilk efiri isə fevral ayının 4-ü saat 15.30-da olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31