Aktyor tamaşa zamanı səhnədə dünyasını dəyişdi

Lesi Ukrainka adına Kiyev teatrının səhnəsində tamaşa zamanı 52 yaşlı aktyor Aleksandr Bondarenko dünyasını dəyişib. Uzun emossional dramatik monoloq oxuyan aktyor qəfildən yıxılıb. Bu zaman o "mən yıxılıram" sözlərini deyib. Tamaşaçılar bu sözlərin ssenaridə olduğunu zənn ediblər. Lakin səhnə arxasından aktyora doğru qaçan insanları görəndə, bütün zal təşvişə düşüb. Hadisə yerinə çağırılan həkimlər aktyorun vəfat etdiyini təsdiqləyiblər.

Qeyd edək ki, A.Bondarenko Ukraynanın əməkdar artistidir. O, bir çox teatr tamaşalarında, film və seriallarda çəkilib. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31