“Kişiliyimi qurban vermişəm”

"Aprel-may aylarında kolleksiyama daxil olan yeni bir qadın paltarı təqdim edəcəyəm. O libası özüm geyinəcəyəm, çünki başqa xanımlara etibar etmirəm, layihəmi korlaya bilərlər. Buna görə arıqlamalı və o qədər miniatür olmalıyam ki, paltar əynimə yaxşı otursun. Bu bir sənət əsəridir".Ekstravaqantlığı ilə seçilən stilist Samir (Samiraldo) Publika.Az-a yeni layihəsindən danışarkən, qarderobundakı qadın libaslarından da söz açdı:"Qarderobun 20 faizini qadın paltarları təşkil edir. Mən yubka da geyinmişəm, dırnağıma boya da çəkmişəm. Kim nə düşünür, düşünsün, sənətim naminə geyinmişəm qadın paltarlarını. Stilistlər var ki, Türkiyədə, Dübayda gecə barlarında min hoqqadan çıxır, ona eyham vurmurlar, amma mən yubka geyinib çıxanda camaat min dənə söz danışır. Mən kişiliyimi də bu sənətə qurban vermişəm".Amma bununla belə iç dünyasının büsbütün başqa olduğunu deyən stilist insanların eyhamlarına bir növ öyrəncəli olduğunu da gizlətmədi. Bütün dünyada stilistlərin fərqli imicə malik olduqlarını, onların lazım olanda qadın paltarı geyindiklərini, dırnaqlarına boya çəkdiklərini deyən Samiraldo bütün bunların sənət naminə edildiyini bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31