Ənənəvi “Zirvə” mükafatı təsis olundu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis edib. Nazirliyin məlumatına görə
"Zirvə" mükafatı 2013-cü ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri üzrə, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr təqdim oluna bilər. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Mükafat hər biri 5000  manat həcmində olacaq. 
Mükafatlar mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə veriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31