Səhnə geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan olundu

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəqs Ansamblı üçün milli geyim nümunələri əsasında səhnə  geyimlərinin eskizlərinin yaradılması üzrə müsabiqə elan edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə geyim eskizləri Azərbaycan milli geyimlərinin xüsusiyyətlərini, formasını, koloritini, tarixi, etnoqrafik və bədii məzmununu özündə əks etdirməli, eyni zamanda müxtəlif rəqslərin ifası üçün funksional spesifikaya malik olmalıdır. Müsabiqəyə təqdim olunan geyim-eskizlərinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan, tanınan mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən 2013-cü il mart ayının 5-də baxış keçiriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31