Çəkmədən tikilmiş gəlinlik

Modelyer Fikrət Əliyev "Apokalipsis - 001" kolleksiyasını təqdim etdi

Tanınmış modelyer Fikrət Əliyev "Apokalipsis - 001" kolleksiyasını təqdim etdi. ANS PRESS-in məlumatına görə, modelyer sözügedən kolleksiyanın bir qismini ad günü ilə bağlı düzənlədiyi məclisdə sərgilədi. Sərgilənən libaslar arasında avanqard geyimlər daha çox diqqət çəkib.
Xüsusilə də gəlinlik libası modelyerin fantaziyasının nə dərəcədə zəngin olmasından xəbər verirdi. Yuxarı hissəsi bir cüt çəkmədən hazırlanmış, ətəyi tül parçadan tikilmiş avanqard gəlinlik daha çox marağa səbəb oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31