Rövşən Civişovdan yeni xəbər... VIDEO
28 Yanvar 2013 15:55 MədəniyyətXalq artisti Flora Kərimovanın duet ortağı, gənc müğənni Rövşən Civişovdan xəbər var. İfaçı yeni mahnı ilə perəstişkarlarını sevindirib. "Bəxt ulduzum" adlı mahnının sözləri Camala musiqisi Esmiraldaya aranjemanı isə Azad Vəliyevə məxsusdur. Rövşənin sözlərinə görə, o, yeni mahnısına Türkiyənin məşhur rejissoruna klip çəkdirmək istəyir. Özü də təklif rejissorun özündən gəlib və klip təmənnasız çəkiləcək: "Məşhur Türk ifaçı Teomanın "Bayraqlar" adlı mahnısını ekranlaşdıran rejissor Efe Doğan mahnınımı dinləyib və şəxsi istəyi ilə ona klip çəkəcəyini söyləyib. Efe hətta deyir ki, İstanbul körpüsünü belə bağlatdırıb, çəkiliş aparacaq. Təmənnasız çəkilən klip yay aylarına qədər hazır olacaq". Rövşən hətta onu da açıqladı ki, yenicə hazır olan və işıq üzü görən mahnı artıq mükafata belə layiq görülüb: "Bu yaxınlarda Bolqarıstanda 21 ölkə arasında keçirilən müsabiqədə iştirak etdim və məhz bu yeni mahnımla. Müsabiqənin ən nüfuzlu mükafatına layiq görüldüm. Mahnını bəyənən münsiflər heyəti mənə ən istedadlı, uğurlu və orijinal mükafat təqdim etdilər". Rövşən onu da qeyd etdi ki, yenilikləri tək bununla bitmir. O, solo albomu üzərində çalışır bununla yanaş isə gələn həftə isə fərqli fotosessiyaya imza atacaq.