Qohumlar bir-birini bıçaqladı
28 Yanvar 2013 12:21 MədəniyyətHəftəsonu Siyəzəndə bıçaqlanma faktı qeydə alınıb. 30 yaşlı Siyəzən şəhər sakini Rahid Novruzov bıçaqlanıb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Yaralıya qarın nayihəsinin və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. O, əməliyyat olunub, hazırda palata şəraitində müalicə alır. Siyəzən rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində Rahid Novruzovu onun qohumu 23 yaşlı Siyəzən şəhər sakini Nadir Xalidşahovun bıçaqladığı məlum olub. Rtv.az-ın məlumatına görə qohumlar aralarındakı mübahisəni Siyəzən şəhər qəbristanlığında həll etmək qərarına gəlib. Burada Nadir Xalidşahov Rahid Novruzovu döyüb. Sonuncunun vəziyyətinin pisləşdiyini görən Nadir Xalidşahov onu buraxıb. Bu zaman Rahid Novruzov cibindən bıçaq çıxardaraq ona hücum edib. Onlar əlbəyaxa olduğu vaxt Rahid Novruzov Nadir Xalidşahovu söyüb. Nəticədə Nadir bıçağı Rahidin əlindən alaraq ona 2 bıçaq zərbəsi endirib. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində cinayət işi açılıb. ("OLAYLAR"İA)