Türkiyə şokdadır: milyonların sevimlilərinin biabırçılığı
25 Yanvar 2013 16:54 Mədəniyyətİstanbulda bu gün səhər saatlarında polisin narkotik maddələr ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçirdiyi əməliyyatın nəticələri ölkəni şoka salıb. Tutulmuş məşhurların ifadələri alınandan sonra sərbəst buraxıldığı barədə şayiələr yayılsa da, İstanbul polisi bunu təsdiqləməyib.
Milli.Az DHA-ya istinadən bildirir ki, Çağatay Ulusoy, Gizem Karaca və Cenk Eren hələ də İstanbul Şəhər Polisinin Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Departamentinin binasındadırlar. Az öncə Çağatay Ulusoyun vəkili binaya daxil olub.
-----------
Milli.Az Hürriyet-ə istinadən bildirir ki, polisin narkotik maddələr saxlamaq, istifadə etmək və satmaq ittihamı ilə həbs etdiyi adamlar arasında "Adını Feriha qoydum: Emirin yolu" serialının ulduzu Çağatay Ulusoy, "Issız adam" filmindəki rolundan sonra tanınan Cemal Hünal və məşhur müğənni Cenk Eren də vardı.
Bu üç məşhur şəxs polisdə dindirilib. Onlardan qan, selik və tük nümunələri alınıb.
Tutulan 38 nəfər arasında "Miss Turkey 2011" gözəllik müsabiqəsində 2-ci yeri tutmuş Gizem Karaca, populyar DJ Nuri Koşem, aktyorlar Ergün Taş, Selen Katırcıoğlu, Can Yurtsevdi, Yusuf Akgün və Ayşe Selin Boronkay da var.
Çağatay Ulusoy və Cenk Eren jurnalistlərin suallarını cavablamayıblar. Cemal Hünal isə deyib: "İfadə almaq üçün gətirdiklərini dedilər. Bura niyə gətirildiyimi anlamıram. Bağışlayın, artıq heç nə deyə bilmərəm".