Məhkumların Şahmarı:” Ömrümdə birinci dəfə idi ki, setdə adgünü qeyd edirdim” VIDEO

"Məhkumlar" serialında yeni rol alan Azərbaycan Respublikasının əməkdar artisti Sabir Məmmədov dünən 52 yaşını setdə qeyd etdi. Ona edilən surprizdən xəbərsiz olan məşhur və istedadlı  aktyor çox təəcübləndi. Ən özəl gününü  məhkumlarla qeyd edən "Məhkumlar"ın Şahmarına setdə olunan surpriz "Məhkumlar"ın kamerasından da yan keçmədi. Bu barədə Sabir Məmmədov mahkumlar.az saytına danışdı: "Sağolsun Məhkumlar kollektivi! Dünən adgünüm idi. Həmin gün də çəkiliş var idi. Səhnəmiz kafedə çəkilirdi. Deməli mən qalxıram üzüm o tərəfə, arxam kameraya olur. Təbii arxanı görmürdüm. Səhnə çəkildi. Yaşar m dedi ki, bir də bunu çəkək alınmadı. Razılaşdıq. "Mator" deyildi başlanıldı.Təkrar oldu həmin səhnə və mən üzümü çevirəndə gördüm tort, şam, hamı oxudu təbrik etdilər məni. Çox maraqlı ssenari qurmuşdular. Ömrümdə birinci dəfə idi ki, setdə adgünü qeyd edirdim. Heç gözləmirdim belə bir şey ola bilər. Heç gözləmədiyim supriz oldu.  Mən "Məhkumlar"ın yaradıcı qurupuna,  texniki heyyətinə başda Yaşar Əhmədov  olmaqla hamısına  təşəkkür edirəm. "Məhkumlar" diqqətinizə görə minnətdaram."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31