Türkmən ədəbiyyatçı Mehmet Mehdi Bayat şəhid olub
24 Yanvar 2013 15:11 MədəniyyətDəyərli ədəbiyyatçı Mehmet Mehdi Bayat həyatını itirib. Bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib. "Çox üzücü və kədərli bir xəbər aldım. Kərkükdən dostlar zəng edərək bildirdilər ki, İraqın Duzxurmatı bölgəsində həyata keçirilən intihar saldırısı zaman dəyərli ədəbiyyatçımız, qardaşımız Mehmet Mehdi Bayat həyatını itirib, şəhid olub.
Mehmet Mehdi Bayat və onunla birlikdə Duzxurmatıda həyata keçirilən intihar saldırısında şəhid olan qardaşlarımızın ailələrinə, yaxınlarına dərin hüzünlə baş sağlığı verir, onlarla bərabər üzülür, acı və kədərlərini paylaşırıq. Böyük Allahımızdan Mehmet Mehdi Bayat da daxil olmaqla bütün qadaşlarımıza rəhmət, yaxınlarına səbr arzulayırıq.
Mehmet Mehdi Bayatı tanıyan bir insan olaraq deyə bilərəm ki, o usta şair ve yazar olmaqla bərabər millətini dərindən sevən, onun üçün çalışan bir aydın idi. O, İraq Türkləri və bütün Türk Dünyasında tanınmış bir qələm sahibi idi. Məkanı cənnət olsun!" ("OLAYLAR"İA)