“Azərbaycana bir daha qayıtmayacam” - Açıqlama
Aygün Bəylər narkotika ittihamını rədd etdi
25 Yanvar 2013 12:25 MədəniyyətƏməkdar artist Aygün Bəylər Azərbaycandan həmişəlik getdiyini təsdiqləyib. Hazırda Moskva da olan ifaçı "Qafqazinfo"ya açıqlamasında deyib ki, o bir daha Azərbaycana qayıtmaycaq: "Haqqımda mətbutda çıxan son xəbərlər məni çox üzdü. Yalan xəbərləri kim yayıb bilmirəm. Əslində, mənim qızım xəstədir, onun müalicəsi üçün Rusiyaya gəlmişəm. Amma bir daha qayıtmaram. Bu barədə mətbuata daha danışmaq istəmirəm".
Xatırladaq ki, mediada yayılan məlumatlarda bildirilirdi ki, Aygün Bəylər daha çox pul qazanmaq istəyi üçün Azərbaycandan gedib və hazırda Moskvada əslən Şəmkirdən olan iş adamının restoranında çalışır. Həmçinin qeyd edilirdi ki, sənətçi uzun müddətdir narkotik asılılıqdan müalicə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31