Bahar Gökhan, Vəsilə Ərdoğan və Qurbanəli Ömər yeni ilkə imza atdılar
25 Yanvar 2013 11:05 MədəniyyətGənc şair Qurbanəli Ömər ünlü türk sənətçisiləri Vəsilə Ərdoğan və Bahar Gökhanla ortaq projelərə başlayıb. Bu barədə " Gənclərin Söz Birliyi" İB- in mətbuat katibliyindən verilən məlumata görə Qurbanəli Ömərin sözlərinə yazdığı şeirlərə yazılmış mahnıları tanınmış türk bəstəkarı Vəsilə Ərdoğanın bəstəsi ilə türk sənət musiqisinin mahir ifaçısı Bahar Gökhan oxuyacaq. " Hələlik Vəsilə xanımın şairin "Unut Diyorsun" şeirinə bəslədiyi musiqi üzərində aranjıman işləri gedir. Mahnı ilk dəfə Bahar Gökhanın 28 fevral İstambul konsertində dinləyicilərin ixtiyarına veriləcək. Düşünürük ki, " Unut diyorsun" gələcəkdə bərabər həyata keçirəcəyimiz layihələr üçün bir növ təməl daşı olacaq. Əlbətdə ki, məqsədimiz Türkiyə- Kipr-Azərbaycan mədəni əlaqələrinin inkişafına yardım göstərməkdir " Xatırladaq ki, Vəsilə Ərdoğan və Bahar Gökhan cütlüyü indiyədək nəinki Türkiyə və Kiprdə Avropanın bir çox ölkələrində bərabər projelər həyata keçirmişlər. Sonuncu dəfə Bahar Gökhan Londonda xərçəng xəstələri üçün xeyriyə konserti vermişdir.