Azərbaycanda Türkiyə mədəniyyət günləri keçiriləcək
25 Yanvar 2013 01:42 MədəniyyətBu il Azərbaycanda Türkiyə mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə
tədbirin aprel və ya may ayının sonunda gerçəkləşəcəyi gözlənilir. Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtım müşaviri Əhməd Seyyid Arslan məlumat verib.
Müşavir Türkiyədə turizmin müxtəlif növlərinin inkişafına böyük önəm verildiyini deyib. Qardaş ölkə turizmin Azərbaycanda inkişaf etdirilməsinə də töhfə verir. Azərbaycan Turizm İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən proqram çərçivəsində türkiyəli mütəxəssislər hotel xidməti ilə bağlı təcrübələrini bölüşüblər. Ötən il Türkiyə Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə tərəfdaş ölkə olaraq qatılıb. Bu il Türkiyə turizminin Azərbaycanda tanıtım kampaniyasına mart ayının 15-də start veriləcək. ("OLAYLAR"İA)