Polyak əsilli şamaxılı memar haqqında kitab çap edilib

Millət vəkili Elxan Süleymanov 3 dildə yeni kitab çap edib. Deputatın fərdi saytında çap edilən kitab "Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi" adlanır. Azərbaycan, polyak və ingilis dillərində işıq üzü görən  kitab polyak əsilli şamaxılı memar Yevgeni Skibinskiyə və onun 1899-cu ildə Bakıda yaratdığı binaya həsr edilib. Nəşr Şamaxının millət vəkilinin təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinin yanvarın 30-dan fevralın 3-dək gerçəkləşəcək Polşa səfər zamanı təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31