Məşhur müğənnidən bəd xəbər
24 Yanvar 2013 12:41 MədəniyyətÜrəyində cərrahiyyə əməliyyatına məruz qalandan sonra xəstəxananın intensiv terapiya bölməsinə keçirilən məşhur müğənni Müslüm Gürsəsin durumunda yeni problemlər yaranıb. Milli.Az Haber7-yə istinadən bildirir ki, Türkiyənin tanınmış müğənnisi, arabesk musiqisində "Baba" kimi tanınan Gürsəs ötən ilin noyabrın 15-dən bəri xəstəxanadadır. Qaraciyər və böyrəyində ciddi problemlər olan müğənninin ağciyərlərində də fəsadlar aşkarlanıb.
Sənətçinin meneceri Nevzat Takmazın dediyinə görə, Gürsəsin müalicəsi indi İstanbuldakı Memorial Şişli hospitalının intensiv terapiya bölməsində davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31