Nadir Qafarzadə həyat yoldaşına qeyri-adi hədiyyə verdi

Müğənni Nadir Qafarzadə evlilik həyatının 20 illiyi münasibəti ilə həyat yoldaşına maraqlı hədiyyə verib.  Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, müğənni həyat yoldaşına Türkiyədə mənzil hədiyyə edib.  
"Türkiyədə evi orada tanınmaq üçün almamışam. Mənim heç belə bir fikrim də yoxdur. İki il bundan əvvəl həyat yoldaşımla İstanbulda olduq. Ora həyat yoldaşımın çox xoşuna gəldi. Onda mən buradakı evimi satdım və təzə ev aldım. Qalan pulun üzərinə bir az da pul qoyub Türkiyədə də ev aldım. Mənzil çox bahadır, onun qiymətini demək istəmirəm", - o, Lider telekanalının "Pərdə" proqramına bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31