Mustafa Sandala ağır itki üz verdi
24 Yanvar 2013 12:07 MədəniyyətTürkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri Mustafa Sandalın nənəsi, 86 yaşlı Sultan Sandal dünyasını dəyişib. Milli.Az DHA-ya istinadən bildirir ki, Sultan Sandalın ölüm səbəbi tənəffüsündə yaranmış ciddi çatışmazlıq olub. Müğənninin nənəsi İstanbulun Arnavutköy məscidində cənazə namazından sonra dəfn olunub.
Mustafa Sandalın illər əvvəl boşanmış anası Tülin İleri ilə atası Yusuf Sandal dəfn mərasimində yanaşı durmuşdular.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31