Dj.Roshka: “Dj.Çina musiqiləri ilə fərqlənə bilmir” VIDEO

Məşhur Dj həmkarlarını tənqid etdi

Klub musiqisinin ölkəmizdə böyük vüsət aldığı ərəfədə yerli DJ-lər də şou aləmə daxil olmaqla bahəm, deyəsən şou qalmaqalları da yaxşı mənimsəməkdədirlər. Belə ki, Lider TV-nin "Tap, dostum" verilişinin Dj-i Dj Roshka çox əsəbi danışdı:

"Bu günə kimi şou biznesə qoşulmaq və tanınmaq kimi istəyim olmayıb. Amma səhv etdiyimi anladım, çünki heç bir bacarığı olmayıb özünü reklam edib, yaxşı pul qazanan Dj-cikləri görəndə fikirləşdim ki, reklamdan nahaq qaçıram. Məsələn, Dj China sənətindən çox reklama üstünlük verir. Öz yaratdığı musiqiləri yoxdur, toylara daha çox yer ayırır. Ona görə də digər gənc Dj-lərdən musiqisi ilə fərqlənə bilmir. Onu samballı, bahalı Dj kimi təsəvvür edə bilmirəm. Azərbaycanda çox az yaxşı Dj-lər var". Dj Roshka özünü öyməyi də unutmadı: "Artıq 10 ildir ki, dj-lik edirəm. Azərbaycanın, eləcə də Ukraynanın ən tanınmış klublarında çıxış eləmişəm. hətta Ukraynada keçirilən Klub Musiqisi festivalında DJlər arasında 2-ci yeri tutmuşam".

İddialı Dj-in əl işi ilə tanış olmaq üçün Dj.Roshanın hazırladığı remiksi sizə təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31