"Bakı Bulvarı"nın 3D formatda virtual turları istifadəyə verilib

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi bu gün "Bakı Bulvarı"nın 3D formatda 360 dərəcəlik virtual turlarını media nümayəndələrinə təqdim edib. 
Tədbirdə çıxış edən idarənin rəis müavini Nazim Məcidov deyib ki, indi internet istifadəçiləri Bakı Bulvarı ilə daha yaxından tanış olımaq üçün yaxşı fürsət əldə ediblər. Belə ki, onlar bulvarın 300 nöqtədən çəkilmiş virtual turlarını seyr edə bilərlər. Bu turlar həm gecə, həm də gündüz çəkilib. Bakı Bulvarındakı bütün çəkilişləri baku3d.az saytı tərəfindən həyata keçirilib. İnternet istifadəçilər həm bizim rəsmi saytımıza (bakubulvar.gov.az/), həm də Baku3d.az saytına daxil olub həmin virtual turlara baxa bilərlər. 
Baku3d.az saytının rəhbəri Xosrov Həsənbəyov bildirib ki, Bakı Bulvarının çəkilişi Azərbaycana gələn turistlər üçün də daha maraqlı və cəlbedici olacaq. Ona görə ki, çəkilən virtual turlar yüksək HD keyfiyyəti ilə çəkilib. Hər kəs asanlıq sayta daxil olub virtual turların gəzintisi ilə tanış ola bilər. Bakı Bulvarının çəkilişinə 21 min manat vəsait sərf olunub. Onun sözlərinə görə, Baku3d.az saytının əsas məqsədi paytaxt Bakıda olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, mədəniyyət ocaqlarını, hotel-restoranları, gözəllik salonlarını, avtosalonları, vağzal, nəqliyyat servisləri, idman kompleksləri, klinikaları, ticarət və əyləncə mərkəzlərini və s. "3D" formatında birləşdirməkdir. Sayt kataloq xarakter daşıyır. Ümumiyyətlə, saytın unikallığı ondan ibarətdir ki, internet istifadəçiləri Google-nin və Gomap xəritələrindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkların, muzeylərin, məscidlərin, tarixi abidələrin, hotel-restoranların və s. yerlərin 3D panoramasını görəcəklər.  Xosrov Həsənbəyov həmçinin bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Baku3d.az saytı helikopter vasitəsilə Bakı bulvarını virtual turlarınıda çəkəcək. Sonda həmin helikopter media nüamyəndələrinə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31