Tarkanın məhkəməsi keçirilir
Türkiyə mətbuatı məşhur müğənnin məhkəmə prosesinin detalları barədə məlumat yayıb
23 Yanvar 2013 15:05 Mədəniyyətİstanbul Respublikası Baş prokurorluğunda Türkiyənin məşhur sənətçisi Tarkanın narkotik iddiası ilə açılmış cinayət işinin məhkəməsi davam edir. İstanbul Kriminal Məhkəməsinin prokuroru cinayət işi ilə bağlı qərarı açıqlayıb. Prokuror 2010-cu ilin fevral ayında təşkil edilən əməliyyatda nəzarət alınan və yoldaşlarını da narkotiklə təmin etməkdə günahlandırılan Tarkanın müalicə almasını və nəzarət altında sərbəst buraxılmasını tələb edib. Müğənni Tarkan Tevetoğlunun da aralarında olduğu 17 şübhəlinin "narkotikdən istifadə etmək" cinayəti ilə mühakiməsində məhkəmə iclasında fikirini açıqlayan Respublika prokuroru Tarkan haqqında müalicə və nəzarət altında sərbəst buraxılma tədbirinin tətbiq olunmasını istəyib. İstanbul Respublika Baş prokurorluğun tərəfindən hazırlanan iddianamədə müğənni Tarkan Tevetoğlu haqqında, "istifadə etmək üçün narkotik və ya psixotrop maddə satın almaq, qəbul etmək və ya saxlamaq" cinayəti ilə 1 ildən 2 ilə qədər həbs cəzası istənildi.
İddianamədə Tevetoğlu üçün "Bu cinayətdən dolayı açılan iddiada məhkəmə, hökm vermədən əvvəl narkotik və ya psixotrop maddə istifadə edən adam haqqında müalicəyə və nəzarət altında sərbəst buraxılma tədbirinə, istifadə etməməklə birlikdə istifadə etmək üçün narkotik və ya psoxotrop maddə satın alan, qəbul edən və ya saxlayan adam haqqında nəzarət altında sərbəst buraxılmasına qərar verilə bilər" hökmünün tətbiq olunması tələb edilir.
İddianamədə, 16 şübhəlinin də "narkotik maddə satmaq", "narkotik maddə alınıb satılmasına vasitəçilik etmək", "ölkəyə narkotik maddə idxal etmək", "narkotik maddə istifadə etmək" və "istifadə etmək üçün narkotik maddə saxlamaq" cinayətlərləri ilə 1 ildən 23 ilə qədər həbslə cəzalandırılmaları tələb edilir.