Ədalət Qəhramanlıdan yeni mahnı VIDEO

Xəbər verdiyimiz kimi, bəstəkar Sevinc Tofiqqızı və teleaparıcı, müğənni Ədalət Qəhramanlı bir araya gələrək yeni mahnı uzərənidə çalışırlar. Onların üzərində çalışdıqları mahnı artıq hazırdır.   Bu barədə məlumatı "OLAYLAR"İA-ya bəstəkar Sevinc Tofiqqızı verərək bildirib ki, onun Ədalət Qəhramanlı üçün bəsələdiyi mahnı artıq hazırdır: "Ədalətin səsini çox bəyənirəm. Mahnımızı hazırladıq oranjeman da olundu. Sözləri Gülağa Tənhaya aiddir. Ədalətlə mənim bir neçə bəstəm var, onlar üzərində işləyirik. Onlar həm tango stilində, həm də lirika stilindədir. Onu da deyim ki, şair Gülağa Tənha ilə bu işbirliyimiz davamlı olacaq".
Qəhramanlısa öz nöbəsində bəstəkar Sevinc Tofiqızı ilə birlikdə ərsəyə gətirdikləri mahnıdan çox razı qaldığını qeyd edib: "Sevinc xanıma çox təşəkkür edirəm belə gözəl musiqiyə görə. İnanıram ki, bizim "Ay Qız" adlı mahnımız 2013-ün hitnə çeviriləcək".
Onu da deyək ki, əməkdar artist Ədalət Şükurov da səhnəyə ilk addımlarını "Ay qız" adlı mahnı ilə atmışdı. Bu məsələni Ədalət Qəhramanlı belə şərh edib: "Bu bir təsadüfdür. Ədalət Şükürov böyümüzdür. Onun özünə və ifasına böyük hörmətim var. İnanıram ki, mənim də "Ay Qız" mahnım Ədalət Şükürovun ifası kimi uğurlu olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31