Şakiranın oğlu oldu - FOTO
Dünyanın ən məşhur müğənnilərindən biri, kolumbiyalı Şakira ana olub
23 Yanvar 2013 09:41 MədəniyyətO, İspaniyanın "Barselona" klubunun oyunçusu Xerard Pikenin oğlunu dünyaya gətirib.Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, uşaq yanvarın 22-də İspaniyanın Barselona şəhərində, yerli vaxtla 21.36-da doğulub."Barsa"nın ulduzu Xerard Pike Twitter-dəki mikrobloqunda bunu yazıb və bildirib ki, oğluna Milan adını veriblər."Oğlumun çəkisi təqribən 3 kiloqramdır. Atası kimi, Milan da doğulan kimi "Barselona"nın üzvü oldu".Kolumbiya prezidenti Xuan Manuel Santos müğənni Şakira və futbolçu Pikeni təbrik edib: "Ailəm və bütün Kolumbiya adından Şakira ilə Xerard Pikeni ürəkdən təbrik edirəm".Pike sevgilisi Şakiranı dünən axşam Barselonadakı Technon klinikasına aparmışdı.Şakiranın xahişi ilə o, qeysəriyə kəsimi vasitəsilə ana olub və bu zaman cərrahiyyə otağında yalınz xanım cərrahlarla tibb bacıları olublar.Pike və Şakiranın oğullarının tam adı Milan Pike Mebarakdır.