Dayısı üçün klip çəkdi - VIDEO
22 Yanvar 2013 19:21 MədəniyyətMüğənni Rüfət Axundov mərhum korifey sənətkarımız, dayısı Yaşar Nurinin xatirəsinə həsr etdiyi klipinə təqdimat keçirib."Qafqazinfo"nun məlumatına görə, ifaçı bu gün "Kimlər gəldi, kimlər getdi..." adlı mahnıya çəkilən klipin təqdimatını keçirib. Rejissor Nail Naiboğlunun ekran həyatı verdiyi klip təqdimatında mərhum sənətkarın həyat yoldaşı Rəhimə Nuriyeva, qızları Ülkər və Ülviyyə, xalq artistləri Məleykə Əsədova, Səməd Səmədov, Rafael Dadaşov, əməkdar artistlər Firuzə İbadova, Teymur Əmrah, müğənnilər Röya, Elçin Hüseynov, Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Səidə Dadaşova, aktyorlar Fərda, "Bu şəhərdə" komandasından Müşfiq Abbasov, Coşqun Rəhimov, rəqqasə Fatimə, Aşıq Əli, Sərxan Kərəmoğlu və digər tanınmışlar iştrak edib. Tədbirdə çıxış edən sənət adamları və mərhum Yaşar Nurinin ailəsi onun haqqında xoş xatirələrinin və sözlərinin danışıblar.