Azərbaycanlı Tarkan ayrılıq acısını yaşadı VIDEO

Xarici görünüşünə görə son zamanlar Tarkanla müqayisə olunan gənc və populyar müğənni Nurlan Təhməzli yeni klipini musiqisevərlərin ixtiyarına verib.
"Qafqazinfo"nun məlumatına görə, müğənni klipdə sevgilisindən ayrılan gənc obrazında görünüb. Sözləri NADO-ya, musiqisi isə Elvin Musayev və özünə aid olan "Sevdamın adı sənsən" mahnısı Türkiyədə aranjiman olunub. Tez-tez Türkiyəyə səfərlər edən sənətçi yaxın gələcəkdə oranın şou-biznesində özünü sınamaq qərarına gəlib.
Saçları və görkəmi ilə türkiyəli meqa-star Tarkanı xatırladan sənətçinin orada nə qədər uğurlu olacağını zaman göstərəcək.
Nurlan Təhməzli isə Azərbaycanda sevilib populyar olmağı hər şeydən çox istədiyini bildirib. Yeni klipdən hazırlanan fotosessiyanı sizə təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31