“Qatarın altına atılan qadın” İranda nümayiş olunur
23 Yanvar 2013 01:00 Mədəniyyətİran İslam Respublikasının paytaxtı Tehran şəhərində 31-ci Fəcr Beynəlxalq Teatr Festivalı işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə
festivalda Azərbaycan tanınmış yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış "Qatarın altına atılan qadın" tamaşası ilə təmsil olunur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin təqdim edəcəyi tamaşa yanvarın 23-də İran Milli Dram Teatrında nümayiş olunacaq.
Mişel Leqranın musiqilərindən istifadə olunmuş tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət Xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib.
Festival yanvarın 31-dək davam edəcək. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31