Azərbaycanın əməkdar artistinin ailəsinə ağır itki üz verib

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirovanın ailəsinə ağır itki üz verib. Belə ki, səhər saat 6 radələrində aktrisanın həyat yoldaşı dünyasını dəyişib. Qeyd edək ki, aktrisanın həyat yoldaşı uzun müddət idi ki, iflic olmuşdu. Onun dərdi Hicran xanımı çox üzürdü. Xəstəliyi ilə əlaqədar daim həkim nəzarətində idi. Bunu 2 ay öncə saytımıza müsahibə verən zaman aktrisa dilə gətirmişdi.
Əməkdaşımız Hicran xanımla əlaqə saxlayıb, aktrisa göz yaşlarına hakim ola bilməyib. Bu mövzuda danışmağın ona çox çətin olduğunu bildirib.
Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31