Sultan Süleyman Qanuni biznesə girişir

Halit Ergenç Yunanıstanı fəthə hazırlaşır

Türkiyədə yayımlanan "Muhteşem Yüzyıl" serialının Sultan Süleyman Qanunisi Halit Ergenç Yunanıstanda turizm biznesinə başlayacaq. Bu barədə yunan mətbuatı yazıb. Qanunu obrazını canlandıran aktyor Meteora bölgəsində, Məryəm ana kəndində böyük ərazi satın alaraq orada turizm müəssisəsi inşa etmək niyyətindədir.
Mətbuatda yer alan məlumata görə, tərəflər arasında yaxın vaxtlarda razılıq əldə ediləcək. Onun dostu olan menecer Stavros Aleksiudda bu barədə iddiaları təsdiqləyib. "Halit Ergençin Yunanıstanda lüks bir şale (dağ evi) inşa ederək sərmayə qoyacağı doğrudur. İndi sözləşmənin deatalları müzakirə edilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31