“Ded Xasan” Moskvada dəfn ediləcək
Aslan Usoyan Rusiya paytaxtındakı Danilov qəbiristanlığında torpağa tapşırılacağı bildirilir
19 Yanvar 2013 22:21 MədəniyyətMoskvada qətlə yetirilmiş kriminal avtoritet Aslan Usoyanın tabutu Donetskdən geriyə, Rusiya paytaxtına qaytarılıb. Buna səbəb Gürcüstan hakimiyyətinin onu bu ölkənin ərazisində dəfn etməkdən imtina etməsi olub.Daha əvvəl Usoyanın qohumları onun bu ölkənin ərazisində basdırılmasına icazə verilməsi xahişi ilə Gürcüstan hakimiyyətinə müraciət ediblər. Bir gün əvvəl Usoyanın cənazəsi Donetskə aparılıb, oradan onun Gürcüstana çatdırılması planlaşdırılırdı. Ancaq Gürcüstan hakimiyyəti dəfnə icazə verməyib."Ded Xasan"ın Rusiya paytaxtındakı Danilov qəbiristanlığında dəfn ediləcəyi bildirilir.Xatırladaq ki, 75 yaşlı "Ded Xasan" yanvarın 16-də Moskvada güllələnib