Aydan Şenerin səhhəti pisləşib

Yenicə Bakıya gələn Türkiyənin məşhur aktrisası Aydan Şenerin səhhəti pisləşib. SİA-nın məlumatına görə, Azərbaycana serial çəkilişi üçün gələn Aydan zəhərlənib.
Qaldığı oteldə qidadan zəhərlənən aktrisa serial çəkilişlərini yarımçıq saxlayıb, həkim nəzarətindədir.
Onu da qeyd edək ki, bu, Aydan Şenerin Azərbaycana ikinci gəlişidir. Aktrisa bu dəfə ATV telekanalının ərsəyə gətirdiyi seriallardan birində rol alıb. O, dünən aparıcı Nanə Ağamalıyevanın "Gün keçir" verilişində qonaq olub, gəlişinin təfərrüatlarını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31