Şou-biznesdə yeni QALMAQAL

Elza Seyidcahan şou-biznesdə yeni qalmaqalın əsasını qoyub. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, ANS telekanalının "Şoubiz" verilişində müğənni deyib ki, Azəri qızı Günel Türkiyəyə getməməli idi. "O əgər burada qalsaydı, çox şeyə nail olardı. Məncə, Günel Azərbaycanı çox tez tərk etdi. Ola bilər ki, onun Türkiyədə yaxşı şəraiti var, lakin bizim muğamdan uzaqda qalıb", - o əlavə edib. Günel də Seyidcahanın fikirlərinə münasibət bildirib.
"Bu, Elza xanımın şəxsi fikridir. Mən 13 yaşıma qədər Türkiyədə yaşamışam, əgər istəsəydilər, o vaxt mənə qiymət verərdilər. Mənə vaxtında İbrahim Tatlısəs yardım etdi. Türkiyəyə gəldiyimə görə heyfsilənmirəm. Azərbaycanda qalsaydım, məni yalnız xalqım tanıyacaqdı, indi isə məni dünya tanıyır", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31