Hacıbala Abutalıbov "Eurovision"un ev sahibi açarını Malmö şəhəri merinə təqdim edəcək
İştirakçı ölkələrin iki yarımfinaldan hansında çıxış edəcəyi bu püşkatma zamanı məlum olacaq
17 Yanvar 2013 14:21 MədəniyyətBakı şəhərinin meri Hacıbala Abutalıbov bu gün "Eurovision" mahnı müsabiqəsinin simvolik ev sahibi açarını "Eurovision 2013" yarışmasının keçiriləcəyi İsveçin Malmö şəhərinin merinə təqdim edəcək.
ANS PRESS-in məlumatına görə, həmçinin bu ilin mayında keçiriləcək mahnı müsabiqəsi ilə bağlı ilk püşkatma mərasimi keçiriləcək. Ötən il olduğu kimi bu il də iştirakçı ölkələrin iki yarımfinaldan hansında çıxış edəcəyi bu püşkatma zamanı məlum olacaq.
Eləcə də bu püşkatma mərasimində birbaşa finalda iştirak hüququna malik 5 ölkədən (İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya) hansı I və II yarımfinalı yayımlayacağı məlum olacaq. Püşkatma mərasimi müsabiqənin baş tutacağı Malmö şəhərində keçiriləcək.